Bakı. Trend:
Bu ilin iyunun 1-nə Azərbaycanın bank sektoru 557,1 milyon manat xalis mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 126,4 milyon manat və ya 29,3% çoxdur.
Hesbaat dövründə banklar 837,5 milyon manat məbləğində əməliyyat mənfəəti əldə ediblər. Bu isə ötən ilin eyni dövründəki göstərici ilə müqayisədə 18,3% çoxdur.
Müvafiq dövrdə banklar tərəfindən ümumilikdə 134,7 milyon manat
məbləğində
mənfəət vergisi ödənilib ki, bu da ötən ilin eyni dövründəki
göstəriciyə nisbətən 23,6% artım deməkdir.
31 may 2026-ci il tarixinə Azərbaycanda fəaliyyət göstərən 22 bankın filiallarının sayı 499, şöbələrinin sayı (mübadilə şöbələri daxil olmaqla) 84, ATM-lərin sayı 3,502 olub. Hesabat ayında bank sektorunda çalışanların sayı 27,374 nəfər təşkil edib.
