“İnter” müdafiəçisi ilə müqaviləni uzadır

İdman Materials 25 İyun 2026 13:33 (UTC +04:00)
“İnter” müdafiəçisi ilə müqaviləni uzadır
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

“İnter” müdafiəçisi Federiko Dimarko ilə müqaviləni uzatmağa hazırlaşır.

Bu barədə italiyalı insayder Nikolo Şkira sosial şəbəkə hesabında məlumat yayıb.

Milan klubu futbolçunun müqaviləsində yer alan uzatma bəndini işə salmağı planlaşdırır. Dimarkonun 2027-ci ilin yayına qədər nəzərdə tutulan hazırkı sözləşməsi 2028-ci ilə qədər uzadılacaq.

“İnter” 28 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq yeni anlaşma imzalamaq niyyətindədir.

Qeyd edək ki, Dimarko ötən mövsüm “İnter”in heyətində keçirdiyi 47 matçda 8 qol vurub, 18 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti