Bakı.Trend:
26 İyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar Bakı metropolitenində qatarların hərəkət qrafiki dəyişdiriləcək.
Bu barədə “Bakı Metropoliteni”n Mətbuat xidməti məlumat yayıb.
“28 May-Əhmədli” sahəsində və əksinə olmaqla pik saatlarda
qatarlararası interval 2 dəqiqə 30 saniyə təşkil edəcək.
Zərurət yaranacağı təqdirdə ehtiyat qatarlar xəttə buraxılacaq.
Bununla bağlı stansiyalarda ümumi nəzarəti təmin etmək üçün
növbətçilik cədvəli əsasında işçi qüvvəsi də ayrılıb”,- deyə
Metropoltenin Mətbuat xidmətindən bildirilib.
Qurumdan əlavə edilib ki, həmçinin qatarlar “Bakmil” stansiyasına və geri şənbə günü, Bənövşəyi xətdə və “Əhmədli-Həzi Aslanov” mənzilində isə şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcək.
