Bakı. Trend:
Futbol üzrə dünya çempionatında növbəti oyun keçirilib.
Filadelfiya stadionunda keçirilən E qrupunun III turunun matçında Kot-d'İvuar və Kürasao milliləri qarşılaşıblar.
Afrika təmsilçisi 2:0 hesabı ilə qələbə qazanıb. Bununla da ivuarlılar 1/16 finala vəsiqə qazanıblar. Burada onların rəqibi I qrupunun ikincisi - yəni, İngiltərə və ya Qana millilərindən biri olacaq.