Sabirabadda ağır yol qəzası: bir nəfər ölüb

Hadisə Materials 25 İyun 2026 17:03 (UTC +04:00)
Sabirabadda ağır yol qəzası: bir nəfər ölüb
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabirabad rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in əldə etdiyi məlumata görə, hadisə rayonun Qaraağac–Beşdəli kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, “VAZ-2107” markalı minik avtomobili digər avtomobillə toqquşub. Qəza nəticəsində “VAZ-2107”nin sürücüsü, 1978-ci il təvəllüdlü İbadov Bəyanət Kamil oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti