Bakı. Trend:
İsrail prezidenti İtsxak Hersoqun olduğu İsrail Müdafiə Qüvvələrinə (SAXAL) məxsus helikopter quşla toqquşduqdan sonra İsrail Hərbi Hava Qüvvələri bazasına təcili eniş edib.
Bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
"Bu gün planlı uçuş zamanı, göyərtəsində İsrail prezidentinin olduğu İsrail Müdafiə Qüvvələrinə (SAXAL) məxsus helikopter quşla toqquşduqdan sonra ölkənin mərkəzində yerləşən İsrail Hərbi Hava Qüvvələrinin bazasına eniş edib", - deyə açıqlamada bildirilib.
Mətbuat xidməti əlavə edib ki, "tələfat və ya ziyan barədə heç bir məlumat verilməyib". Qeyd edilib ki, "standart prosedura uyğun olaraq heyət başqa bir helikopterə keçərək uçuşu davam edib".