Bakı. Trend:
Venesuelada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb, daha 1520 nəfər yaralanıb.
Bu barədə Milli Assambleyanın sədri Xorxe Rodrigez məlumat verib.
"Təəssüflə bildiririk ki, zəlzələ nəticəsində 188 venesuelalı həlak olub. 1520 yaralı artıq xəstəxanalara aparılıb və hazırda müalicə alır. 157 nəfər hələ də itkin düşüb", - deyə o bildirib.
"Hazırda binaların dağıntıları altında qalan 200-dən çox insan haqqında məlumatımız var və onların əksəriyyətini xilas etmək üçün zamanla gərgin bir yarışdayıq", - deyə Milli Assambleyanın sədri əlavə edib.