Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunub

Siyasət Materials 25 İyun 2026 17:10 (UTC +04:00)
Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunub
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan və Fransa arasında ikitərəfli münasibətlər müzakirə olunub.

Bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi və Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyevin X sosial media platformasındakı paylaşımında bildirilib.

Məlumata görə, Hikmət Hacıyev Bakıda səfərdə olan fransalı diplomat Bertrand Buxvalter ilə görüşüb.

"Bakıda səfərdə olan fransalı həmkarımız Bertrand Buxvalter ilə məhsuldar görüş keçirdik. Prezident İlham Əliyev və Prezident Emmanuel Makron arasında ötən ay baş tutan telefon danışığından sonra Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. Həmçinin regional məsələlər və qarşılıqlı maraq doğuran mövzular barədə fikir mübadiləsi apardıq", - deyə o yazıb.

Xəbər lenti

Xəbər lenti