Aşura günü ilə bağlı qanvermə aksiyasında 1300 litrə qədər qan yığılıb

Cəmiyyət Materials 25 İyun 2026 16:38 (UTC +04:00)
Aşura günü ilə bağlı qanvermə aksiyasında 1300 litrə qədər qan yığılıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Aşura günü ilə bağlı Azərbaycanda könüllü qanvermə aksiyasında artıq 1269.45 litr qan toplanıb.

Səhiyyə Nazirliyinin rəsmi saytında dərc olunan məlumata əsasən, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir.

Bu gün səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstəriblər.

Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

Məlumatda, həmçinin qeyd olunub ki, bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edib.. Könüllü qanvermə aksiyasında vətəndaşların fəallığı günün növbəti saatlarında daha da artıb. Saat 12:00-a olan məlumata görə, qan verən donorların sayı 1701 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

Saat 14:00-a olan məlumata görə, qan verən donorların sayı 2534 nəfərə çatıb. Toplanmış qanın həcmi isə 1140.3 litr təşkil edib.

Günün yekun nəticələrinə əsasən, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib. Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

Qeyd edək ki, hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti