Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb

Cəmiyyət Materials 25 İyun 2026 18:36 (UTC +04:00)
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Geridə qalan tədris ilində Azərbaycanda təhsil alan tələbələrin sayı açıqlanıb.

Bu barədə məlumat Elm və Təhsil Nazirliyinin 2025-2026-cı tədris ili barədə yaydığı hesabatda əks olunub.

Hesabata əsasən, 2025–2026-cı tədris ili üzrə 62 xarici vətəndaş “Hökumətlərarası Təqaüd Proqramları” (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb:

"Məlumat üçün bildirək ki, onlardan 23 nəfəri Çin Xalq Respublikasının, 11 nəfəri Qazaxıstan Respublikasının, 4 nəfəri Tacikistan Respublikasının, 4 nəfəri Qırğız Respublikasının, 20 nəfəri isə Somali Federativ Respublikasının vətəndaşlarıdır. Bu göstərici ötən illə müqayisədə 32 faiz artım deməkdir.

HTP çərçivəsində Rumıniya, Çin Xalq Respublikası, Qazaxıstan Respublikası, Tacikistan Respublikası, Somali Federativ Respublikası və Qırğız Respublikasından olan 115 əcnəbi tələbə hazırda Azərbaycan Respublikasının ali təhsil müəssisələrində təhsil alır".

Hesabatda, həmçinin qeyd edilib ki, ölkəmizdə təhsil qrantı proqramları ilə 35 ölkədən 50-yə yaxın əcnəbi tələbə təhsil hüququ qazanıb:

"Təhsil qrantı proqramları çərçivəsində ümumilikdə 2018–2023-cü illər çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları üçün ayrılmış 200-ə yaxın təqaüd proqramı çərçivəsində yerli təhsil müəssisələrində əcnəbi tələbələr bakalavriat, baza ali tibb təhsili, magistratura, rezidentura, doktorantura səviyyələri üzrə təhsil almaq hüququ qazanıblar.

Sözügedən təhsil qrantı proqramları çərçivəsində 35 ölkədən 50-ə yaxın əcnəbi tələbə təhsillərini yerli ali təhsil müəssisələrində davam etdiriblər".

Elm və Təhsil Nazirliyinin saytında dərc edilmiş həmin hesabatda vurğulanıb ki, Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində xaricdə təhsil üçün 700-ə yaxın müraciət qeydə alınıb:

"HTP çərçivəsində 2026/2027-ci tədris ilində Macarıstan (458), Çin Xalq Respublikası (163), Qazaxıstan Respublikası (11), Türkiyə Respublikası (40) və Rumıniyada (13) təhsil almaq üçün portal.edu.az üzərindən ümumilikdə 685 müraciət daxil olmuşdur. 2026/2027-ci tədris ilində HTP çərçivəsində təhsil almaq üçün müraciət edən ərizəçilərlə təşkil edilən müsahibələrin nəticəsində 200 əsas, 85 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 285 nəfərin namizədliyi Macarıstan, 20 əsas, 16 ehtiyat siyahı üzrə olmaqla, ümumilikdə 36 nəfərin namizədliyi Çin, 25 nəfərin namizədliyi Türkiyə, 5 nəfər əsas, 2 nəfər ehtiyat siyahı üzrə olmaqla, 7 nəfərin namizədliyi Rumıniya tərəfinə təqdim edilib. Yekun nəticələrin iyul-avqust aylarında qeyd olunan ölkələrin müvafiq qurumları tərəfindən açıqlanması gözlənilir".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti