ABŞ Dövlət Departamenti Venesueləyə 150 milyon dollar yardım ayrıldığını açıqlayıb

Dünya xəbərləri Materials 26 İyun 2026 01:34 (UTC +04:00)
ABŞ Dövlət Departamenti Venesueləyə 150 milyon dollar yardım ayrıldığını açıqlayıb
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ administrasiyası Venesuelədə dağıdıcı zəlzələlərin nəticələrinin aradan qaldırılması üçün 150 milyon ABŞ dolları ayıracaq.

Bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

"Bundan əlavə, təxirəsalınmaz axtarış-xilasetmə əməliyyatları, hava nəqliyyatı ilə daşınmalar və yardımın əlaqələndirilməsi ilə yanaşı, ABŞ tərəfdaşlarımız vasitəsilə Venesueləyə yardım məqsədilə 150 milyon ABŞ dolları səfərbər edəcək", - deyə məlumatda bildirilir.

Qeyd olunub ki, vəsaitin 50 milyon ABŞ dolları Venesuelədə fəaliyyət göstərən tərəfdaş təşkilatlara, daha 100 milyon ABŞ dolları isə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinə ayrılacaq.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti