Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək

İqtisadiyyat Materials 25 İyun 2026 22:33 (UTC +04:00)
Azərbaycandan Ermənistana 18 vaqon benzin, 8 vaqon dizel yanacağı göndəriləcək
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycandan Ermənistana 18 vaqondan ibarət 971,392 ton Aİ-92 markalı avtomobil benzini və 8 vaqondan ibarət 466,515 ton dizel yanacağı ixrac olunacaq.

Vaqonlar "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri stansiyasından yola salınacaq.

Xatırladaq ki, bu ölkəyə yanacaq ixracına isə 2025-ci dekabrın 18-də başlanılıb. Həmin gün Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı tədarük edilib.

Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.


Xəbər lenti

Xəbər lenti