"Roma" Braziliya millisinin üzvü üçün 60 milyon avro tələb edir

İdman Materials 25 İyun 2026 19:33 (UTC +04:00)
"Roma" Braziliya millisinin üzvü üçün 60 milyon avro tələb edir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Roma"nın müdafiəçisi Uesli karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Bu barədə insayder Kərəm Komur məlumat yayıb.

"Çelsi" braziliyalı futbolçunu transfer etmək istəyir.

"Roma" Ueslini satmağın əleyhinə deyil. Paytaxt klubu 22 yaşlı sağ cinah müdafiəçisi üçün 60 milyon avro tələb edir.

Qeyd edək ki, "Roma" Ueslini 2025-ci ilin yayında "Flamenqo"dan 25 milyon avroya transfer edib. Braziliya millisinin üzvü A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 39 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti