ABŞ və Körfəz ölkələri Hörmüzdə tariflərin tətbiq edilməsi ehtimalını rədd ediblər

Dünya xəbərləri Materials 25 İyun 2026 22:55 (UTC +04:00)
ABŞ və Körfəz ölkələri Hörmüzdə tariflərin tətbiq edilməsi ehtimalını rədd ediblər

Bakı. Trend

ABŞ və Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) ölkələri Hörmüz boğazında tranzit rüsumlarının tətbiq edilməsi cəhdlərini rədd ediblər.

Bu barədə Manamada keçirilən nazirlər görüşünün yekunlarına dair birgə bəyanatda bildirilib.

"Nazirlər Hörmüz boğazının açılmasının vacibliyini vurğulayaraq qeyd ediblər ki, qeyd-şərtsiz və məhdudiyyətsiz gəmiçilik azadlığı <...> regional və qlobal təhlükəsizlik üçün əsas olaraq qalır. Nazirlər boğaz üzərində hər hansı bir rüsum, vergi tətbiq etməyi və ya nəzarəti ələ keçirmə cəhdlərini rədd ediblər", - deyə sənəddə qeyd edilib.

Tərəflər həmçinin Omanın və Beynəlxalq Dəniz Təşkilatının (IMO) boğazda qalan 11 mindən çox dənizçinin təxliyəsi ilə bağlı birgə təşəbbüsünü alqışlayıblar.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti