Ekvador millisi dünyan çempionatının pley-off mərhələsinə yüksəlib

İdman Materials 26 İyun 2026 02:13 (UTC +04:00)
Ekvador millisi dünyan çempionatının pley-off mərhələsinə yüksəlib

Bakı. Trend:

Ekvador millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin son turunda Almaniya yığmasını 2:1 hesabı ilə məğlub edərək turnirin pley-off mərhələsinə vəsiqə qazanıb.

Qarşılaşma ABŞ-nin Nyu-Cersi ştatının İst-Raterford şəhərində yerləşən "MetLife" stadionunda keçirilib.

Qalib komandanın heyətində qolları Nilson Anqulo (9-cu dəqiqə) və Qonsalo Plata (77-ci dəqiqə) vurublar. Almaniya millisinin yeganə qoluna isə Leroy Sane 2-ci dəqiqədə imza atıb.

Ekvador millisi 4 xal toplayaraq E qrupunda 3-cü yeri tutub. Qrupa 6 xalla Almaniya millisi başçılıq edib, Kot-d'İvuar yığması da 6 xalla ikinci olub. Kurasao millisi isə 1 xalla sonuncu yeri tutub. Pley-off mərhələsinə hər qrupdan ilk iki yeri tutan komandalar, eləcə də üçüncü yeri tutan səkkiz ən yaxşı yığma vəsiqə qazanır. Ekvador millisi ən yaxşı üçüncü yerlər arasında ilk səkkizlikdən kənarda qalmayacağını təmin edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti