Bakı. Trend:
Fransanın avtomobil istehsalçısı "Renault" Çin avtomobil şirkətlərinin artan rəqabəti fonunda ölkədəki mühəndislik bölməsində 2027-ci ilin sonunadək 800 iş yerini ixtisar etməyi planlaşdırır.
Bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Şirkətin beynəlxalq texnologiyalar bölməsinin rəhbəri Filip Brunen bildirib ki, Çin istehsalçıları Avropa bazarında paylarını sürətlə artırır və bu, "Renault"u rəqabət qabiliyyətini gücləndirməyə məcbur edir. İxtisarlar könüllü proqram əsasında həyata keçiriləcək. Eyni zamanda, şirkət 150-200 yeni mühəndis işə götürməyi və bəzi əməkdaşlar üçün yenidənhazırlanma proqramı təşkil etməyi nəzərdə tutur.
"Renault" bu addımın şirkətin uzunmüddətli inkişaf strategiyası və rəqabət qabiliyyətinin qorunması məqsədilə atıldığını vurğulayıb.