Niderland, Yaponiya və İsveç pley-off mərhələsinə vəsiqə qazanıblar

İdman Materials 26 İyun 2026 05:03 (UTC +04:00)
Niderland, Yaponiya və İsveç pley-off mərhələsinə vəsiqə qazanıblar

Bakı. Trend:

Niderland millisi futbol üzrə dünya çempionatının qrup mərhələsinin sonuncu – üçüncü turunda Tunis yığmasını 3:1 hesabı ilə məğlub edib.

Qarşılaşma ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində keçirilib.

Oyunun 3-cü dəqiqəsində Tunis millisinin futbolçusu Elyes Skiri avtoqola imza atıb. Niderland yığmasının heyətində Brayan Brobbi 7-ci, Yan Paul van Hekke isə 62-ci dəqiqədə fərqlənib. Tunis millisinin yeganə qolunu isə Mahaçqala "Dinamo"sunda çıxış edən yarımmüdafiəçi Hazem Masturi vurub.

F qrupunun digər oyununda İsveç və Yaponiya milliləri ABŞ-nin Texas ştatının Arlinqton şəhərində 1:1 hesablı heç-heçə ediblər.

Niderland millisi 7 xalla qrupu birinci pillədə başa vurub. Yaponiya 5 xalla ikinci, İsveç 4 xalla üçüncü, Tunis isə xalsız sonuncu olub.

Niderland, Yaponiya və İsveç milliləri turnirin pley-off mərhələsinə yüksəlib. Niderland yığması 1/16 finalda iyunun 30-da Meksikanın Monterrey şəhərində Mərakeş millisi ilə qarşılaşacaq. Yaponiya iyunun 29-da ABŞ-nin Hyuston şəhərində Braziliya ilə üz-üzə gələcək. İsveç millisinin növbəti rəqibi isə daha sonra müəyyənləşəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti