"Mançester Siti" 23 yaşlı futbolçu üçün 134 milyon avro təzminat ödəyəcək

İdman Materials 26 İyun 2026 18:00 (UTC +04:00)
"Mançester Siti" 23 yaşlı futbolçu üçün 134 milyon avro təzminat ödəyəcək
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson Premyer Liqada klubunu dəyişəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Mançester Siti" ingiltərəli orta xətt oyunçusunun keçidini həll edib.

Artıq klublar arasında razılıq əldə olunub. "Mançester Siti" 23 yaşlı futbolçusu üçün 134 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Nottingem Forest" Elliot Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan 41 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti