Kadir İnanır vəfat edib

Dünya xəbərləri Materials 26 İyun 2026 19:50 (UTC +04:00)
Kadir İnanır vəfat edib

Bakı. Trend:

Türkiyənin məşhur aktyoru Kadir İnanır 77 yaşında dünyasını dəyişib.

Aktyor mayın 15-də səhhətində yaranan problem səbəbindən İstanbulun Beşiktaş rayonunda yerləşən xəstəxanalardan birinə aparılıb. Ona ilkin tibbi yardım göstərildikdən sonra həkimlərin qərarı ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Müayinələrin nəticəsində Kadir İnanıra pnevmoniya diaqnozu qoyulub. Vəziyyəti ağırlaşdığı üçün o, süni tənəffüs aparatına qoşulub.

Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq, aktyorun həyatını xilas etmək mümkün olmayıb.

Xəbər lenti

Xəbər lenti