Bakı. Trend:
Yaponiyanın mərkəzində 5,8 bal gücündə zəlzələ baş verib.
Bu barədə Yaponiyanın Milli Meteorologiya İdarəsi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri qonşu Tokionun Çiba prefekturası ərazisində və 50 kilometr dərinlikdə yerləşib.
Tələfat və ya dağıntı barədə məlumat verilməyib. Zəlzələdən dərhal sonra sunami xəbərdarlığı verilsə də, bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib. Zəlzələlər Tokioda da hiss olunub.