Bakı. Trend:
ABŞ administrasiyası Türkiyəyə qırıcı təyyarə mühərriklərinin tədarükü üçün 700 milyon dollarlıq müqavilə imzalamağı planlaşdırır.
Bu barədə "Reuters" agentliyi Konqresə göndərilən müvafiq bildirişə istinadən məlumat yayıb.
Məlumata əsasən, söhbət onlarla mühərrikdən gedir. İndi qanunverici orqanın bu planlarla razılaşmadığı təqdirdə müqaviləni bloklamaq üçün 15 günü var.
Agentliyin yazdığına görə, mühərriklərin çatdırılması iyulun əvvəlində Ankarada keçiriləcək NATO sammitindən əvvəl "Ankara üçün vacib bir jest" olacaq. Qeyd edilib ki, sözügedən mühərriklər Türkiyə tərəfindən hazırlanan beşinci nəsil "Kaan" qırıcı təyyarələri üçün "General Electric" mühərrikləridir.