ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ-Türkiyə futbol matçına həsr olunan tədbir keçirir (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 İyun 2026 06:42 (UTC +04:00)
ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ-Türkiyə futbol matçına həsr olunan tədbir keçirir (FOTO/VİDEO)
Fuad Namazov
Fuad Namazov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ-nin Azərbaycandakı səfirliyi ABŞ və Türkiyə arasında 2026-cı il futbol üzrə dünya çempionatı matçına həsr olunmuş tədbir keçirir.

Trend-in tədbirdə iştirak edən müxbirinin verdiyi məlumata görə, "USA–Türkiye World Cup Watch Party" adlı tədbir Bakıda yerləşən "Landmark III" kompleksinin 22-ci mərtəbəsində keçirilir.

ABŞ səfirliyi tərəfindən dəvət olunmuş qonaqlar səhər yeməyi zamanı dünya çempionatının qrup mərhələsi matçını qrup şəklində izləmək üçün toplaşıblar.

Görüş yerli vaxtla səhər saat 6:00-da başlayıb. ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkilinin fasilə zamanı çıxışı gözlənilir.

ABŞ millisi qarşılaşmanın artıq 2-ci dəqiqəsində hesabı açaraq Türkiyə üzərində 1:0 hesabı ilə önə keçib.

FIFA-nın məlumatına görə, bu qarşılaşma ABŞ və Türkiyə milli komandalarının FIFA dünya çempionatları tarixində ilk oyunu olub.

Xəbər yenilənəcək

Məqalədə:

Xəbər lenti

Xəbər lenti