Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib

Hadisə Materials 26 İyun 2026 08:50 (UTC +04:00)
Ağcabədidə ağır yol qəzası ölümlə nəticələnib
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Ağcabədi. Trend:

Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü ilə nəticələnib.

Trend-in Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza rayonun Muğanlı kəndi ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü rayon sakini Amil Allahyar oğlu Bəylərovun idarə etdiyi KIA markalı avtomobil ilə 2007-ci il təvəllüdlü, əslən Şuşa rayonundan olan Qara Ramil oğlu Həsənovun idarə etdiyi Hyundai markalı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq, Amil Bəylərovun həyatını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti