Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp İranı atəşkəs razılaşmasını pozmaqda ittiham edib.
Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, İran Hörmüz boğazından keçən gəmilərə azı dörd dəfə pilotsuz uçuş aparatları ilə hücum həyata keçirib.
Onun sözlərinə görə, dronlardan biri yük gəmisinin yuxarı göyərtəsinə dəyib və zərər vursa da, gəmi hərəkətini davam etdirə bilib.
"Digər üç dronu isə məhv etdik. Bu, atəşkəs razılaşmamızın açıq
şəkildə pozulmasıdır", – deyə ABŞ Prezidenti vurğulayıb.
