Rayonlarda yağış yağır, şimşək çaxır

Cəmiyyət Materials 26 İyun 2026 11:10 (UTC +04:00)
Rayonlarda yağış yağır, şimşək çaxır
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Ölkə ərazisinin bəzi yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar Balakən-Şəki zonasında leysan xarakterlidir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyunun 26-sı saat 10:00-a olan məlumatında qeyd olunub.

Düşən yağıntının miqdarı Şəkidə (Kişçay) 37, Zaqatalada 20, Oğuzda 19, Qaxda 15, Balakəndə 12, Göyçay, Qəbələdə 10, Mingəçevirdə 9, Şamaxıda 8, Ağdamda 7, Şahdağda 6, Qusarda 5, Qubada 4, Zərdabda 3, Qobustanda 2, Naxçıvan, Ordubad, Gədəbəy, Xızı, Şabran, Bərdə, Tərtər, Yevlax, İmişli, Şuşa, Füzuli, Kəlbəcər, Zəngilanda 1 mm-dək qeydə alınıb.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 31, Naxçıvan MR-da 32, Aran rayonlarında 35, dağlıq rayonlarda 23 dərəcəyədək isti müşahidə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti