Xankəndidə hərbi yürüş keçirilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 26 İyun 2026 10:29 (UTC +04:00)
Xankəndidə hərbi yürüş keçirilib (FOTO/VİDEO)
Aslan Məmmədli
Aslan Məmmədli
Bütün xəbərlər

Xankəndi. Trend:

Xankəndi şəhərində 26 İyun– Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə hərbi yürüş təşkil edilib.

Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhərin mərkəzi küçələri boyunca təntənəli keçidi ilə başlayan yürüş, Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə keçirilib, vətənpərvərlik ruhunda musiqilər səsləndirilib.

Hərbi yürüş şəhər sakinləri tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb. Sakinlər əllərində Azərbaycan bayraqları ilə yürüş iştirakçılarını alqışlayaraq, onlara dəstək nümayiş etdiriblər.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, eləcə də Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları da yürüşə qatılıblar.

Xatırladaq ki, ötən il də Xankəndi şəhərində Silahlı Qüvvələr Günü münasibətilə hərbi yürüş keçirilmişdi.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti