Bakı. Trend:
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) qonaqların qəbulunun təşkili xidmətlərinin satın alınması üzrə tender elan edib.
Trend-in məlumatına görə, iştirak haqqı 350 manatdır.
İddiaçılar təkliflərini 14 iyul 2026-cı il, saat 18:00-dan (GMT+4) gec olmayaraq təqdim etməlidirlər. Təkliflərin açılışı da 14 iyul 2026-cı il, saat 18:00-da (GMT+4) keçiriləcək.
Əlaqə: Əmral Qayıbov.
Tel.: (+994) 12 498 77 53 (6013).
E-poçt: [email protected]
Ünvan: Bakı, Nizami rayonu, Heydər Əliyev prospekti, 165.
