Çin bu ilin ilk üç ayında cari əməliyyatlar balansında 184,1 milyard dollarlıq profisit qeydə alıb

Dünya xəbərləri Materials 27 İyun 2026 08:30 (UTC +04:00)
Çin bu ilin ilk üç ayında cari əməliyyatlar balansında 184,1 milyard dollarlıq profisit qeydə alıb

Bakı. Trend:

Çin 2026-cı ilin ilk üç ayında cari əməliyyatlar balansında 184,1 milyard dollarlıq profisit qeydə alıb.

Bu barədə ölkənin Xarici Valyuta üzrə Dövlət Administrasiyası (SAFE) məlumat yayıb.

Məlumata əsasən, yanvar-mart aylarında mal ticarəti üzrə 247,4 milyard dollar həcmində profisit əldə olunub. Eyni dövrdə xidmətlər ticarətində 59,6 milyard dollar, investisiya gəlirləri üzrə isə 7,5 milyard dollar kəsir yaranıb. Cari transfertlər üzrə isə 3,9 milyard dollarlıq profisit qeydə alınıb.

Xatırladaq ki, Çin 2025-ci ili ümumilikdə 735 milyard dollarlıq cari əməliyyatlar profisiti ilə başa vurmuşdu.

Xəbər lenti

Xəbər lenti