Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Dünya xəbərləri Materials 27 İyun 2026 08:58 (UTC +04:00)
Bu gün Ümumdünya Balıqçılıq Günüdür

Bakı. Trend:

İyunun 27-si Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur.

Bu gün 1984-cü ildə Romada keçirilən balıqçılığın tənzimlənməsi və inkişafı üzrə beynəlxalq konfransın qərarı ilə təsis edilib və 1985-ci ildən qeyd olunur.

Ümumdünya Balıqçılıq Gününün əsas məqsədi balıq ehtiyatlarının qorunması, su bioresurslarının səmərəli istifadəsi, həmçinin balıqçılıq ənənələrinin yaşadılması barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Bu gün dünyanın bir çox ölkələrində balıq ovu üzrə müxtəlif yarışlar, təlim seminarları keçirilir. Həmin tədbirlər həm peşəkar, həm də həvəskar balıqçıları bir araya gətirir. Azərbaycanda da Xəzər dənizi və daxili su hövzələrinin zənginliyi nəzərə alınaraq, bu gün hər il qeyd edilir.

Xəbər lenti

Xəbər lenti