Berlində Almaniya və Baltikyanı ölkələrin liderlərinin görüşü keçiriləcək

Dünya xəbərləri Materials 27 İyun 2026 06:21 (UTC +04:00)
Berlində Almaniya və Baltikyanı ölkələrin liderlərinin görüşü keçiriləcək

Bakı. Trend:

Almaniya Kansleri Fridrix Merts iyulun 3-də Baltikyanı dövlətlərin rəhbərləri - Latviyanın Baş naziri Andris Kulberqs, Estoniyanın Baş naziri Kristen Mixal və Litva Prezidenti Gitanas Nauseda ilə görüş keçirəcək.

Berlində - Kansler Ofisində təşkil ediləcək B3+1 formatlı görüşdə Ankarada keçiriləcək NATO Sammitinə hazırlıq məsələləri, təhlükəsizlik və müdafiə siyasəti ilə bağlı mövzular, eləcə də Ukraynaya dəstəyin davam etdirilməsi müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti