"Mançester Siti" mərakeşli yarımmüdafiəçini transfer etmək istəyir

İdman Materials 28 İyun 2026 15:21 (UTC +04:00)
"Mançester Siti" mərakeşli yarımmüdafiəçini transfer etmək istəyir

Bakı. Trend:

"Mançester Siti" mərakeşli yarımmüdafiəçi Ayyub Buaddinin transferi ilə bağlı "Lill"lə danışıqlara başlayıb.

İngiltərə klubu artıq “Lill”in oyunçusu ilə ilkin əlaqə qurub.

Buaddi “Lill”in yetirməsidir. O, ötən mövsüm bütün yarışlarda 42 oyun keçirib və bir məhsuldar ötürmə edib. Ayyubun “Lill”lə müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Mərakeş millisinin üzvünün “Barselona”, “Real”, “Arsenal”, PSJ, “Bavariya”nın transfer siyahısında yer alıb.

Xəbər lenti

Xəbər lenti