Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar (FOTO)

İdman Materials 28 İyun 2026 00:06 (UTC +04:00)
Azərbaycan cüdoçuları Çexiyadakı turnirdə 3 medal qazanıblar (FOTO)

Bakı. Trend:

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

Elşən Əsədov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (73 kiloqram) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti