İsrail ordusu "HƏMAS"ın siyasi bürosunun keçmiş rəhbərinin qardaşı oğlunu öldürüb

Dünya xəbərləri Materials 28 İyun 2026 02:11 (UTC +04:00)

Bakı. Trend:

İsrail Müdafiə Ordusu (SAXAL) Qəzza zolağında HƏMAS-ın keçmiş siyasi büro rəhbəri İsmayıl Həniyənin qardaşı oğlunun məhv edildiyini açıqlayıb. O, təşkilatın hərbi qanadında fəaliyyət göstərən "Nuxba" bölüyünün komandir müavini olub.

Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"SAXAL oktyabrın 7-də terror qrupunun İsrail ərazisinə sızmasına rəhbərlik etmiş "Nuxba" bölüyünün komandir müavini Valid Həniyəni zərərsizləşdirib. Valid Həniyə HƏMAS-ın keçmiş siyasi büro rəhbəri İsmayıl Həniyənin qardaşı oğlu idi", - deyə bəyanatda bildirilir.

İsrail hərbçilərinin məlumatına görə, zərərsizləşdirilən şəxs son dövrlərdə "HƏMAS" sıralarına yeni terrorçuların cəlb edilməsi ilə məşğul olur, həmçinin tabeliyində olan "Nuxba" bölüyünün hərbi hazırlığına rəhbərlik edirdi.

Xəbər lenti

Xəbər lenti