Bakı. Trend:
Pekində yüngül tək mühərrikli təyyarənin göydələnlə toqquşması nəticəsində 13 nəfər xəsarət alıb.
Xarici media yazır ki, hadisə nəticəsində pilot həlak olub.
Çin hakimiyyət orqanlarının məlumatına görə, təyyarədə pilot tək olub. Bütün zərərçəkənlər qəza yerində xəsarət alıblar. Onların vəziyyəti ilə bağlı təfərrüatlar açıqlanmayıb. Toqquşmanın səbəbi hələlik müəyyən edilməyib.
İyunun 26-da kiçik Sunward SA 60L Aurora təyyarəsi Pekinin ən hündür göydələni olan CITIC qülləsinə çırpılıb . Binanın bir mərtəbəsindəki bir neçə pəncərə sınıb. İnsanlar binadan təxliyə edilib. Flightradar24-ün məlumatına görə, təyyarə Şifosi hava limanına gedərkən nəzərdə tutulan istiqamətdən xeyli yayınıb.
