"Fənərbaxça" İspaniya millisinin üzvü üçün 25 milyon avroluq təklif göndərdi

İdman Materials 27 İyun 2026 16:29 (UTC +04:00)
"Fənərbaxça" İspaniya millisinin üzvü üçün 25 milyon avroluq təklif göndərdi
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

"Fənərbaxça" hücum xəttini yeni oyunçu ilə gücləndirməyi planlaşdırır.

İstanbul nəhəngi "Real Sosyedad"da çıxış edən Mikel Oyarsabalı transfer etmək istəyir.

"Fənərbaxça" İspaniya millisinin üzvü üçün La Liqa klubuna 25 milyon avroluq təklif göndərib.

Qeyd edək ki, Mikel Oyarsabal "Real Sosyedad"ın yetirməsidir. 29 yaşlı hücumçu 2025/26 mövsümündə komandanın heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti