Mərkəzi Afrika Respublikasında vəba xəstəliyi yayılıb

Dünya xəbərləri Materials 27 İyun 2026 19:30 (UTC +04:00)
Mərkəzi Afrika Respublikasında vəba xəstəliyi yayılıb

Bakı. Trend:

Mərkəzi Afrika Respublikasında (MAR) vəba epidemiyası baş verib və nəticədə 24 nəfər ölüb.

Bu barədə Mərkəzi Afrika Respublikasının səhiyyə və əhali naziri Pyer Somse milli televiziyada çıxışında bildirib.

"Bu günə qədər 197 vəba xəstəliyinə yoluxma halı aşkar edilib. 24 ölüm halı mövcuddur, ölüm nisbəti 12,2% təşkil edir", - deyə o bildirib.

Nazir qeyd edib ki, xəstələr lazımi tibbi yardım alırlar.

pidemiyanın episentri ölkənin cənub-qərbində, Bimbo və Mbaiki rayonlarındadır. İlk yoluxma halı iyunun 14-də aşkar edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti