Bakı. Trend:
Ötən həftə Azeri Light CIF, Azeri Light FOB Ceyhan, Dated Brent və Urals markalı xam neftin orta qiyməti düşüb.
Neft bazarındakı mənbənin məlumatına görə, Azərbaycanın Azəri-Çıraq-Günəşli yatağında hasil edilən Azeri Light CIF markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 5,29 dollar və ya 6,4 faiz azalaraq 77,66 dollara çatıb.
Məlumatlara görə, bu markalı xam neftin həftəlik maksimum qiyməti bir barel üçün 80,43 dollar, minimum qiyməti isə 74,36 dollar olub.
Türkiyədə Azeri Light FOB Ceyhan markalı xam neftin orta qiyməti bir barel üçün 75,28 dollar təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 5,45 dollar və ya 6,8 faiz azdır. Həftənin ən yüksək qiyməti bir barel üçün 78,13 dollara, ən aşağı qiyməti isə 71,90 dollara çatıb.
Urals markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 6,60 dollar və ya 12 faiz azalaraq barel üçün 48,52 dollara düşüb. Həftənin ən yüksək qiyməti 51,87 dollar, ən aşağı qiyməti isə 44,14 dollar olub.
Dated Brent markalı xam neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 7,19 dollar və ya 8,9 faiz azalaraq barel üçün 73,51 dollar təşkil edib. Həftənin ən yüksək qiyməti 76,27 dollar, ən aşağı qiyməti isə 70,56 dollar olub.
|
Neft/ Tarix |
22.06.2026 |
23.06.2026 |
24.06.2026 |
25.06.2026 |
26.06.2026 |
Orta qiymət |
|
Azeri LT CIF |
$80.43 |
$79.76 |
$76.38 |
$77.37 |
$74.36 |
$77.66 |
|
Azeri Light FOB Ceyhan |
$78.13 |
$77.35 |
$74.08 |
$74.92 |
$71.90 |
$75.28 |
|
Urals (EX NOVO) |
$51.87 |
$51.03 |
$47.70 |
$47.85 |
$44.14 |
$48.52 |
|
Dated Brent |
$76.27 |
$75.39 |
$72.11 |
$73.24 |
$70.56 |
$73.51 |
