Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı (AMB) zəiflik aşkarlama proqram təminatı lisenziyaları üçün abunəliklərin alınması ilə bağlı tender elan edib.
Trend-in məlumatına görə, iştirak haqqı 250 manatdır.
İştirakçılar təkliflərini 17 iyul 2026-cı il, saat 17:00-dan (GMT+4) gec olmayaraq təqdim etməlidirlər. Təkliflərin açılışı da 17 iyul 2026-cı il, saat 17:00-da (GMT+4) keçiriləcək.
Əlaqə: Könül Əliyeva.
Tel.: (+994) 12 493 50 58.
E-poçt: [email protected]
Ünvan: AZ1014, Bakı, Rəşid Behbudov küçəsi, 90.
