Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç

Dünya xəbərləri Materials 27 İyun 2026 22:41 (UTC +04:00)
Serbiya Prezidenti kimi son günlərimdir - Aleksandar Vuçiç

Bakı. Trend:

Dövlət başçısı kimi son həftələrimdir.

Bunu Serbiya Prezidenti Aleksandar Vuçiç Belqraddakı mitinqdə tərəfdarları qarşısında bildirib.

"Prezident kimi böyük izdiham qarşısında sonuncu müraciətimdir. 14 ildir ki, mən ölkəmə sədaqətlə xidmət edirəm. Mən Serbiyanı dünyada hər şeydən çox sevirəm. Bu, mənim Serbiya Prezidenti kimi son günlərimdir”, - deyə Vuçiç qeyd edib.

Xatırladaq ki, iyunun 10-da Aleksandar Vuçiç dövlət başçısı vəzifəsindən istefa verməyi və respublikanın Baş naziri postuna namizədliyini irəli sürməyi düşündüyünü açıqlamışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti