Çində memorial tağının uçması nəticəsində bir nəfər ölüb

Dünya xəbərləri Materials 27 İyun 2026 18:57 (UTC +04:00)

Bakı. Trend:

Çinin şərqindəki Şandun əyalətinin Çüfu şəhərində memorial tağın yuxarı hissəsinin elementinin uçması nəticəsində bir nəfər ölüb, altı nəfər xəsarət alıb.

Bu barədə "Xinhua" agentliyi məlumat yayıb.

Hadisə yerli vaxtla saat 11:47-də (Bakı vaxtı ilə 07:47) Nansinan kəndində baş verib. Yeddi nəfər xəstəxanaya çatdırılıb, onlardan biri sonradan vəfat edib.

Hakimiyyət orqanları hadisənin səbəblərinin araşdırılmasına başlayıb. Eyni zamanda, uçqunun nəticələrinin aradan qaldırılması istiqamətində işlər aparılır.

Xəbər lenti

Xəbər lenti