Yunanıstanın mərkəzində meşə yanğını baş verib

Dünya xəbərləri Materials 27 İyun 2026 16:43 (UTC +04:00)
Yunanıstanın mərkəzində meşə yanğını baş verib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Yunanıstanın mərkəzindəki Viotia bölgəsində meşə yanğını baş verib.

Xarici media yazır ki, yanğın yaxınlığında yaşayan sakinlərə təcili xəbərdarlıq edilib, onlara ayıq-sayıq qalmaları və səlahiyyətlilərin göstərişlərini gözləmələri tövsiyə edilib.

Yanğın Korinf körfəzinin şimal-şərq sahilində yerləşən Agios Vasileios sahilyanı kəndin yaxınlığındakı meşəlik ərazidə baş verib.

Yanğınsöndürmə xidməti 17 yanğınsöndürmə maşını, 51 yanğınsöndürən, 4-cü yanğınsöndürmə briqadasını, iki su təyyarəsi və iki helikopter cəlb edib.

Yerli hakimiyyət orqanları hadisə yerinə su maşınları göndərib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti