Hörmüz boğazında tankerə hücum edilib

Dünya xəbərləri Materials 27 İyun 2026 14:54 (UTC +04:00)
Hörmüz boğazında tankerə hücum edilib
Elvin Səlimov
Elvin Səlimov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Kral Dəniz Qüvvələrinin Dəniz Ticarət Əməliyyatları Mərkəzi (UKMTO) Hörmüz boğazında bir tankerə hücum edildiyini bildirib.

UKMTO-nun məlumatına görə, tanker kapitanı naməlum mərmi ilə vurulduğunu bildirib. Gəminin gövdəsi zədələnib. Hücumu kimin etdiyi məlum deyil.

Qeyd olunub ki, hücum zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb.

İyunun 18-də ABŞ və İran anlaşma memorandumu imzalayıblar. İyunun 19-da Hörmüz boğazı əvvəlcədən sorğu göndərən gəmilər üçün açılıb. Dünən ABŞ prezidenti Donald Tramp İranı Hörmüzdə atəşkəsi pozmaqda günahlandırıb. UKMTO boğazda minaların qaldığı barədə xəbərdarlıq edib və gəmilərə bu marşrutdan keçərkən cənub marşrutundan istifadə etmələri tövsiyə edilib.

Xəbər lenti

Xəbər lenti