DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edərək növbəti mərhələyə yüksəlib

İdman Materials 28 İyun 2026 03:20 (UTC +04:00)
DÇ-2026: Xorvatiya millisi Qananı məğlub edərək növbəti mərhələyə yüksəlib

Bakı. Trend:

Futbol üzrə dünya çempionatının qrup mərhələsinə yekun vurulur.

L qrupunun sonuncu – III turu çərçivəsində Xorvatiya və Qana seçmələri qarşılaşıb. ABŞ-ın Filadelfiya şəhərindəki eyniadlı stadionda keçirilən gərgin oyun Avropa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 31-ci dəqiqədə xorvatiyalı yarımmüdafiəçi Petar Suçiç açıb. Afrikalılar 73-cü dəqiqədə Derrik Lyukkassenin qolu ilə tarazlığı bərpa etsələr də, Xorvatiya millisi sona yaxın qələbə topunu vura bilib. Qarşılaşmanın 83-cü dəqiqəsində Nikola Vlaşiç fərqlənərək komandasına vacib 3 xalı qazandırıb.

Bu qələbə sayəsində Xorvatiya qrupunu 6 xalla ikinci sırada tamamlayıb, 4 xalı olan Qana isə dördüncü yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti