Bakı. Trend:
ABŞ və Livan İsrailin cənubi Livan ərazisində təhlükəsizlik zonası saxlamaq hüququnu tanıyıblar.
Bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu mətbuat konfransında açıqlama verib.
"Əldə olunan razılaşmalar çərçivəsində ABŞ və Livan İsrailin təhlükəsizliyi üçün zəruri olduğu müddətdə İsrailin Livan ərazisində təhlükəsizlik zonasını saxlamaq hüququnu tanıyıblar", - deyə Netanyahu bildirib.
Onun sözlərinə görə, İsrail "Hizbullah" hərəkatı və digər terror təşkilatları tərksilah edilənədək, Livan tərəfindən İsrailə yönələn təhlükə tam aradan qalxanadək təhlükəsizlik zonasını saxlamaqda davam edəcək.
Netanyahu həmçinin etiraf edib ki, pilot layihə çərçivəsində İsrail Livanın cənubundakı iki ərazidən qoşunlarını çıxarmağı planlaşdırır. Həmin ərazilərdən biri təhlükəsizlik zonasından kənarda, digəri isə onun sərhədində yerləşir.