Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək

İqtisadiyyat Materials 27 İyun 2026 20:48 (UTC +04:00)
Azərbaycandan tranzit keçməklə Ermənistana buğda göndəriləcək
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndəriləcək.

Bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Mətbuat Xidmətinin məlumatında qeyd olunub.

Qeyd olunub ki, bu ölkəyə 11 vaqon buğda tədarük olunacaq.

Xatırladaq ki, 2025-ci il oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə mətbuata birgə bəyanatında Azərbaycanın işğal dövründən bəri mövcud olmuş Ermənistana yük tranziti üzrə bütün məhdudiyyətləri aradan qaldırdığını vurğulayıb və ilk belə tranzit yükünün Qazaxıstan taxılının Ermənistana tədarükü olduğunu bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti