Tramp İrana qarşı daha sərt addımlar istisna etməyib

Dünya xəbərləri Materials 28 İyun 2026 04:03 (UTC +04:00)
Tramp İrana qarşı daha sərt addımlar istisna etməyib

Bakı. Trend:

ABŞ hərbi aviasiyası atəşkəs razılaşmasının pozulmasına cavab olaraq İranda raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlərə, eləcə də sahil radar sistemlərinə yenidən zərbələr endirib.

Bu barədə ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edib.

"Onların heç vaxt dərs çıxarmamaları tamamilə mümkündür! Elə bir məqam gələ bilər ki, artıq təmkinli davranmaq imkanımız qalmayacaq və uğurla başladığımız işi hərbi yolla başa çatdırmağa məcbur olacağıq. Əgər bu baş verərsə, İran İslam Respublikası mövcudluğunu dayandıracaq", - deyə Tramp bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti