Küveyt ordusu raket və PUA hücumlarını dəf edir

Dünya xəbərləri Materials 28 İyun 2026 04:35 (UTC +04:00)

Bakı. Trend:

Küveytin hava hücumundan müdafiə sistemi ölkə ərazisi üzərindən dron və raket hücumlarını dəf edir.

Bu barədə Küveytin Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində yazıb.

"Küveytin hava hücumundan müdafiə sistemi hazırda düşmənin raket və pilotsuz uçuş aparatları hücumlarına qarşı mübarizə aparır. Ordu Baş Qərargahı partlayışların düşmən hücumlarının qarşısının alınmasının nəticəsi olduğunu qeyd edir", - deyə nazirlik bildirib.

Küveyt ordusu vətəndaşları müvafiq orqanlar tərəfindən verilən təhlükəsizlik təlimatlarına əməl etməyə çağırır.

Xəbər lenti

Xəbər lenti