Bakı. Trend:
Çinin Siçuan vilayətində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Sünçan şəhərindən 311 km qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.
Xəsarət alanlar və ya dağıntılar barədə məlumat verilməyib.