Bakı. Trend:
Çexiyada hava müşahidələri tarixində ən isti gün olan bazar günü temperatur rekordu iki dəfə qırılıb.
Bu barədə ölkənin Milli Hidrometeorologiya İnstitutu məlumat yayıb.
Məlumata əsasən, Çexiyanın şimal-qərbindəki Ustetski diyarının Doksanı kəndində saat 15:00 radələrində kölgədə hava rekord həddə - 41,1 dərəcə Selsiyə çatıb. Bir neçə saat sonra eyni yerdə 41,9 dərəcə qeydə alınıb.
Bu arada, meteoroloqlar yaxın saatlarda respublikaya soyuq cəbhənin keçəcəyi barədə xəbərdarlıq ediblər. Temperatur 10 dərəcədən çox düşəcək.