Kriptovalyutalar haqqında qanunun ilin sonunadək qəbul ediləcəyi gözlənilir - AMB

İqtisadiyyat Materials 29 İyun 2026 10:58 (UTC +04:00)
Kriptovalyutalar haqqında qanunun ilin sonunadək qəbul ediləcəyi gözlənilir - AMB
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankı (AMB) ölkədə kriptovalyutalar haqqında qanunun ilin sonunadək qəbul ediləcəyini gözləyir.

Trend-in tədbirdəki müxbirinin məlumata görə, bunu Bakıda keçirilən "Azərbaycanın rəqəmsal maliyyə gündəliyi" tədbirində AMB-nin Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi deyib.

Onun sözlərinə görə, AMB kriptoaktivlar bazarının tənzimlənməsi ilə bağlı qanun layihəsinin son variantını hazırlayaraq aidiyyəti dövlət orqanlarına təqdim edib.

"O, virtual aktivlər bazarının tənzimlənməsi ilə bağlı sənəd Mərkəzi Bankın fəaliyyətinin mühüm nəticələrindən biridir, çünki indiyədək bu sahə ölkədə tənzimlənməyib.

Virtual aktivlər, kriptobazar haqqında qanunun son variantı artıq hazırlanaraq dövlət orqanlarına göndərilib. Hər şey uğurla nəticələnsə, ilin sonunadək kriptovalyutalar haqqında qanunun qəbul ediləcəyini gözləyirik", - deyə o bildirib.

Fidan Tofidi həmçinin qeyd edib ki, AMB "Open Banking" ("Açıq bankçılıq") layihəsinin tətbiqini davam etdirir.

Onun sözlərinə görə, sistem istifadəçilərə müxtəlif bankların ayrıca mobil tətbiqlərindən istifadə etmək əvəzinə bütün bank hesablarını vahid tətbiq vasitəsilə idarə etməyə imkan verəcək.

"Artıq bütün banklar platformaya inteqrasiya olunub və ekosistemə qoşulan fintex şirkətlərinin sayı artmaqda davam edir. Bu, həm də sağlam rəqabət mühiti formalaşdırır. Fintex şirkətləri açıq ekosistemin imkanlarından istifadə etməklə yeni məhsul və xidmətlər yaratmaq imkanı əldə edirlər.

Mərkəzi Bank artıq yeni strateji dövrə hazırlıq işləri aparır. Həmin dövrdə əsas istiqamətlərdən biri maliyyə sektorunun rəqəmsallaşdırılması və süni intellekt texnologiyalarının tətbiqi olacaq.

Tənzimləyici mövcud layihələrin icrasını davam etdirməyi, onların əhatə dairəsini genişləndirməyi, həmçinin maliyyə sektorunun rəqəmsal yetkinlik indekslərini hazırlamağı planlaşdırır. Mərkəzi Bank artıq bank, ödəniş, fintex sektoru, sığorta bazarı və kapital bazarının rəqəmsal yetkinlik səviyyəsini qiymətləndirib.

Çox maraqlı göstəricilər və məlumatlar əldə etmişik. Növbəti strategiya real məlumatlara və aparılmış qiymətləndirmənin nəticələrinə əsaslanacaq", - deyə F.Tofidi vurğulayıb.

Xəbər lenti

Xəbər lenti